Keçmiş diaspor lideri Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Yuri Radçuk müşavirəyə gedib. Hökm martın 5-də veriləcək.
Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidmətinin məlumatına görə, fevralın 17-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Onlar Şıxlinski üçün 23 il həbs cəzası istəyiblər.
Münsiflər heyəti əvvəllər təqsirləndirilən şəxslərin (Şıxlinski beş Səfərov qardaşı və Şücayəddin Rəcəbov - red.) günahkar olduğu qənaətinə gəlmişdi.
Ağarza Elçinoğlu
