ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan Ceffri Epşteynin işi sənədləri arasında "Alibaba"nın təsisçisi və dünyanın ən tanınmış iş adamlarından biri olan Cek Manın fotoşəkli diqqəti cəlb edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, açıq şəkildə yayımlanan fayllara daxil edilmiş fotoşəkilin sağ alt küncündəki EFTA01612005 seriya nömrəsi, şəklin ABŞ Ədliyyə Nazirliyi (DOJ) tərəfindən dərc edilmiş rəsmi Epşteyn sənədlərinin bir hissəsi olduğunu göstərir.
Şəkildə Cek Ma sosial tədbirdə bir qadınla birlikdə göstərilir. Qadının üzü məxfiliyi və məlumatların qorunması səbəbindən sənədlərdə rəsmi olaraq gizlədilib. Dərc olunmuş sənədlərdə Cek Maya qarşı hər hansı rəsmi ittihamlar, məhkəmə iddiaları və ya istintaqlar barədə heç bir məlumat yoxdur.
Epşteynin sənədlərinin açıqlanması dünya miqyasında yeni ictimai müzakirələrə səbəb olub. Sənədlərdə adı çəkilən məşhur adlar Epşteynin şəbəkəsi ilə əlaqələrinin dərəcəsi və xarakterinə əsasən qiymətləndirilir. Rəsmilər və hüquq mütəxəssisləri vurğulayırlar ki, sənədlərdəki adlar və şəkillər kontekstdən kənar şərh edilməməlidir.

