ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfərlərinin cədvəli açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Vensin sözçüsü Azadlıq Radiosunun Vaşinqton müxbirinə bildirib.
Vens 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.
ABŞ vitse-prezidenti çərşənbə axşamı Vaşinqtona qayıdacaq.
Ağarza Elçinoğlu
