"Bu gün “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə) müzakirə edəcəyik. Orada bir məsələ diqqətimi çəkdi ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, sonra qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri:
"Məncə, Naxçıvan Muxtar Respublikası və dövlət anlayışlarını ümumiyyətlə konstitusiyada qeyd etməli deyilik. Ayrılmaz tərkib hissəsidirsə, orada başqa məsələni xatırlatmaq tamamilə yersizdir. Bu məsələyə diqqət yetirsək, yaxşı olar. Naxçıvan Muxtar Respublikasının dövlət deyə tanıtımı konstitusiyada gündəlikdən çıxmalıdır".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, Naxçıvan Muxtar Respublikasının statusu konstitusiyada, yəni, əsas mətninin 8-ci fəslində ehtiva olunub:
"Əsas mətnin dəyişdirilməsi, müzakirəsi və əlavə edilməsi tamamilə fərqli prosedurdur. Bu gün o, aktual deyil", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev
