Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

"Unikal" Milli Hidrometeorologiya Xidmətinə isitinadən xəbər verir ki, yanvarın 29-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Gecə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

***  16:42

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.