Bakı şəhəri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət göstərdiyi prospekt və yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib. 

Gecə və səhər saatlarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı ciddi problem müşahidə olunmayıb, təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib.

Hazırda AAYDA-nın bütün yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə davam edir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.