“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub. Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.