Çilidə baş verən meşə yanğınları nəticəsində ən azı 16 nəfər ölüb.

"Unikal" xəbər verir ki, ölkənin iki cənub bölgəsində - Nuble və Bio-Bioda fövqəladə vəziyyət elan edilib və 20 mindən çox sakin təxliyə olub. 

Əvvəlki məlumatlarda dağıdıcı yanğınların ən azı 30 hektar ərazini məhv etdiyi bildirilirdi. Yüksək temperatur, güclü külək və çətin relyef yanğınların qarşısını almağı demək olar ki, mümkünsüz edir.