FETÖ təşkilatının üzvü və Kanadaya qaçan Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdinin təşkilatçılarından biri olan Cemal Karaata adını dəyişdirib.
"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Karataşın adını Salih Ada olaraq dəyişdirdiyi bildirilir.
Türkiyədə "qırmızı bildiriş"lə axtarışda olan Karaata dəyişdirilmiş adla təhlükəsizlik qüvvələrindən gizlənir və Kanadada rahat yaşamağa davam edir. O, psixoterapevt kimi çalışır. Sadık və Yavuz kod adlarından istifadə edən Karaata qaçmazdan əvvəl Türkiyənin bağlanmış Fatih Universitetinin ingilis dili kafedrasında dosent vəzifəsində çalışıb.
Karaata adının dəyişdirilməsinin əsas səbəblərindən biri Rusiya tərəfindən qaçırılmaq qorxusu olub. O, vaxtaşırı Kanada təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayıb.
