Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi texniki işçilər, məşqçi və region müşahidəçiləri daxil olmaqla son 5 ildə mərc oyunlarında iştirak edən 153 nəfəri cəzalandırıb.
"Unikal" xəbər verir ki, onlar arasında “Beşiktaş”ın köməkçi məşqçisi Ozan Köprülü və akademiyanın işçisi Sərdar Topraktəpə də var.
Onlar müvafiq olaraq, 12 və 3 aylıq futboldan uzaqlaşdırılıblar.
