Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

Nazirlər Kabinetindən "Unikal"a verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.