Gürcüstan hakimiyyəti BBC-yə şikayət ərizəsi ilə müraciət edərək, ölkədə etirazçılara qarşı kimyəvi silah istifadə edildiyi iddia edilən materialları silməyi və üzr istəməyi tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.
Siyasətçi aydınlaşdırıb ki, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası BBC-yə şikayət göndərib.
Dekabr ayında Papuaşvili Londonun Gürcüstana qarşı "hibrid əməliyyat" apardığını və bu əməliyyata Böyük Britaniya səfiri Qaret Uordun da qatıldığını bildirib.
Siyasətçi BBC-nin Tbilisidə etirazçılara qarşı kimyəvi silah istifadə edildiyi iddia edilən reportajını xatırladıb.
"Bir səfirin, xüsusən də gənclərlə ünsiyyət qurarkən, dezinformasiya və yalanların yayılmasında şəxsən iştirak etməsi iyrəncdir",- deyə Papuaşvili ifadə edib.
Gülayə Mecid
