Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib.
"Unikal" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər.
“Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılmasına qərar verdik. Bizim fikrimizcə, bu qrup ABŞ-ın təhlükəsizliklə bağlı narahatlıqlarının həlli yollarını axtarmağa, eyni zamanda Danimarka Krallığının qırmızı xətlərinə hörmət edilməsinə fokuslanmalıdır. Belə bir qrupun ilk görüşünü bir neçə həftə ərzində keçirməsini gözləyirik”, – deyə nazir qeyd edib.
XXX
21:34
Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtlə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, ABŞ-ın adanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən bir saat çəkib. Görüşün nəticələri açıqlanmayıb.
İki xarici işlər nazirinin iş gününün sonunda danışıqlar üçün Kapitol binasına getməsi planlaşdırılır.
