"Barselona" "Əl-Hilal"dan (Səudiyyə Ərəbistanı) müdafiəçi Joau Kanselonu icarəyə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu mövsümün sonuna qədər İspaniya klubunda oynayacaq.

31 yaşlı Kanselo bu mövsüm "Əl-Hilal" da altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. O, daha əvvəl 2023/2024-cü illər mövsümündə "Barselona”da oynayıb.