Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Türkiyə-Azərbaycan Universitetində (TAU) təşkil olunan Milli Qida Texnologiyaları Platformasının V Toplantısında iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə qida mühəndisliyi ixtisası üzrə mövcud tədris planları müzakirə olunub.Eyni zamanda müasir təhsil proqramının beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun işlənib hazırlanmasının ciddiliyi məsələsinə münasibət bildirilib.

ATMU-nun kafedra müdiri Novruz Quliyev tədris planındakı  fənlərin müvafiq kadr hazırlığına uyğunluğu,o cümlədən  seçmə fənlərin yeri və əhəmiyyətindən danışıb. Tədbirin gedişatında çoxsaylı iştirakçılar tərəfindən yeni təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflər maraqla qarşılanıb. 

 Qida mühəndisliyi üzrə bakalavriat səviyyəsində təhsil proqramları və tədris planlarının yenilənməsini şərtləndirən  toplantıda TAU-nun rektor vəzifəsini icra edən Vilayət Vəliyev, Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, Hacettepe Universitetinin qida mühəndisliyi üzrə tanınmış professoru Vural Gökmən, TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri prof. Dr. Ümran Uyqun, o cümlədən ölkəmizin bir sıra ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak edib.