Aktyor Oqtay Kaynarca Türkiyədə tanınmış şəxslərə qarşı aparılan "Narkotik işi" çərçivəsində saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, Kaynarca ilə yanaşı, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya kimi tanınmışlar nəzarətə götürülüb.
Oqtay Kaynarca bir çox məşhur ekran işlərində rol alıb. O, daha çox "Kurtlar Vadisi" serialındakı "Süleyman Çakır" obrazı ilə məşhurlaşıb.
Gülayə Mecid
