Hollivud aktyoru Nikolas Keycin döyüş filmindən bir səhnəsinin London meriyasının tarixi binasında çəkilməsi planlaşdırılsa da, nasist simvolları ilə bağlı narahatlıq səbəbindən çəkiliş ləğv edilib.
"Unikal" xəbər verir ki, məlumatı BBC yayıb.
Qeyd olunub ki, "Dözüm" əməliyyatı" filmi üçün bina svastika bayraqları ilə bəzədilməli idi. Film 1944-cü ildə müttəfiq qüvvələrin faşizmə qarşı eyniadlı əməliyyatından bəhs edir.
Meriya sözçüsü jurnalistlərə bildirib ki, çəkiliş heyəti yerli sakinlərə məktublar göndərərək filmdə nasist simvollarının aydın görünəcəyini bildirib.
Şura sözçüsü bildirib ki, razılaşma şərtlərinə uyğun olmayan bu əhəmiyyətli dəyişiklikləri və ifrat sağçı simvolizmlə bağlı yüksək həssaslığı nəzərə alaraq, icazə verilməyib.
Bununla əlaqədar olaraq, filmi ərsəyə gətirmək üçün çəkiliş heyəti Qrinviçə üz tutmağı qərara alıb.
