Mozambikdə 2000-ci ildə baş verən dağıdıcı sel fəlakəti zamanı anasının sığındığı ağacın başında dünyaya gələn və “möcüzə körpə” kimi tanınan Rosita Salvador Mabuiango 25 yaşında vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sel zamanı ana və yeni doğulan körpənin Cənubi Afrika hərbi helikopteri ilə xilas edilməsi bütün dünyada ümidin və yaşamaq iradəsinin simvoluna çevrilmişdi.
Qeyd olunur ki, Rosita uzun illərdir qan xəstəliyi – anemiya ilə mübarizə aparırmış. O, müalicə aldığı xəstəxanada həyatını itirib.
Mozambik Prezidenti Daniel Chapo Rositanı ölkədəki qız uşaqları üçün bir rəmz adlandıraraq ailəyə və xalqa başsağlığı verib. Onun ölümü ölkədə səhiyyə sisteminin vəziyyəti ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
Gülayə Mecid
