Xəbər verdiyimiz kimi, yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. 

"Unikal"ın məlumatına görə, qulluğa qəbul olunmuş gənclər arasında biri Vətən müharibəsinin, biri isə antiterror əməliyyatının iştirakçısıdır. Onlar Salmanov Vüsal Vüqar oğlu və İbrahimov Nizami Nurəddin oğludur. 

Bu barədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib: "Xüsusi qeyd etməliyəm ki, bu gün burada qulluğa qəbul olmuş gənclərdən 1-i Vətən müharibəsinin, 1-i isə Azərbaycan Respublikasının suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər". 

Müxbir: Ağarza Elçinoğlu

Foto: Turqut Sultan