“Evdə tək” (“Home Alone”) filmində quldur Marv obrazı ilə tanınan aktyor Daniel Stern inzibati qaydada cərimələnib.

"Unikal" TMZ-yə istinadən xəbər verir ki, 68 yaşlı aktyor Kaliforniya ştatında yerləşən otellərdən birində pullu görüşlə bağlı razılaşma əldə etməyə cəhd göstərib. Hadisəyə hüquq-mühafizə orqanları müdaxilə edib.

Nəticədə Daniel Stern fahişəliyə təhrik etməkdə ittiham olunub və ona pul cəriməsi tətbiq edilib. Aktyor məsələ ilə bağlı hələlik açıqlama verməyib.