"Əfqanıstan öz ərazisində hər hansı bir xarici hərbi kontingentin mövcudluğuna qarşıdır".
"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid məlumat yayıb.
"Baqram hava bazası Əfqanıstan ərazisinin ayrılmaz hissəsidir və biz xarici qoşunların Əfqanıstan torpağında olmasına icazə verməyəcəyik. Bu məsələ təkcə rəhbərliyimizi deyil, bütün millət üçün həssas bir mövzudur", - deyə o bildirib.
Ötən ilin sentyabr ayında ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Əfqanıstanda Kabilin şimalında yerləşən Baqram hava bazasını geri qaytarmaq istəyir.
