Ermənistan hakimiyyəti tezliklə Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Məlumata görə, Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta bayraq dirəyi də qoyulub. Hazırda Türkiyəyə aparan dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
"Qeyd etmək lazımdır ki, digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsinin yaxınlığında tikinti işlərinə başlayıb. Buna görə də, bir tərəfdən Türkiyə tərəfində tikinti işlərinin başlanması, digər tərəfdən isə Axurikdən istifadənin gözlənilməsi yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərdən xəbər verir", - KİV yazıb.
Gülayə Mecid
