Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, qəza zamanı üç nəfər xəsarət alıb. Həmin şəxslər “KİA”da olanlar Oğuz rayon sakinləri 1967-ci il təvəllüdlü İlqar Səfər oğlu Abışov, 1978-ci il təvəllüdlü Mətanət İkram qızı Ustakişiyeva və "Mercedes Vito”nun sürücüsü Ayxan Qəzənfər oğlu Nəsibovdur.
XXX
15:27
Oğuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var
“Unikal” xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun Oğuz rayonunun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Seymur Əli
