Goranboyda, “2025-ci ildə rayonun ictimai-siyasi,sosial-iqtisadi və mədəni inkişafı sahələrində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” RİH Başçısının illik hesabat iclası keçirilib.
"Unikal" xəbər verir kİ, “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” Goranboy RİH Başçısının keçirilən illik hesabat iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, o cümlədən hüquq mühafizə orqanalrının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər.
Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” RİH-nin başçısı Məhərrəm Quliyevin məruzəsi və aidiyyəti məsul şəxslərin çıxışları dinlənildi, rayonun həlli vacib məsələləri barədə geniş müzakirələr aparıldı. RİH Başçısı yanında Şuranın və RİH-nin Tədbirlər Planına uyğun olaraq, cari ildə də müvafiq işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyələr verildi.
İclasda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov, rayon Ağsaqqallar şurasının sədri Rəddin Məmmədov, Qərbi Azərbaycan İcmasının Goranboy nümayəndəsi Ürfət Həsənov, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Fuad Əliyev, şəhid, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Vətən Müharibəsi qazisi Valeh Hüseynov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon Komitəsinin sədri Füzuli Almuradov, sahibkar Arzu Papırlı və şəhər sakini Leyla İsmayılova 2025-ci ildə rayonumuzun bütün sahələrdə əldə etdiyi nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə fikir və təkliflərini bildirdilər. İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.
