Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

"Unikal" xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.