Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Gəncədə 23 yaşlı gənc oğlan qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, bıçaqlanaraq öldürülən əslən Kəlbəcər rayon sakini, Daşkəsən qeydiyyatı olan hazırda Gəncənin Məhsəti qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Zamir Rzayevdir.
Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənci tanışı 17 yaşlı Ö.Tağızadə bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, hadisə tərəflər arasında söyüş üstündə baş verib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 17 yaşlı yeniyetmə Ö.Tağıyev saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
