Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə məhsul ixrac edəcək.
Bu barədə "Unikal"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.
Qeyd edək ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.
