Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəsmi internet saytı www.adau.edu.az, Google axtarış sistemi üzərindən aparılan təhlillərin nəticələrinə əsasən, son 5 il ərzində Gəncə şəhəri və Azərbaycanın Qərb regionu üzrə ən çox indekslənən veb-saytı olub.
"Unikal" xəbər verir ki, Google platformasında “site:adau.edu.az” sorğusu əsasında aparılan yoxlama nəticəsində müəyyən edilib ki, ADAU-nun rəsmi internet saytının təxminən 30 800 səhifəsi axtarış sistemində indekslənib. Müqayisəli təhlillər bu göstəricinin təkcə regionda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında deyil, eyni zamanda Gəncə şəhərində fəaliyyət göstərən digər rəsmi qurumların və media resurslarının indeks göstəricilərindən də yüksək olduğunu ortaya qoyur.
Əldə olunan bu nəticə Azərbaycan Dövlət Aqrar Universitetinin rəqəmsal müstəvidə informasiya açıqlığı, şəffaflıq və ictimaiyyətlə aktiv kommunikasiya strategiyasının uğurlu icrasının bariz göstəricisidir. ADAU-nun rəsmi internet saytında universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqlar, tələbə həyatı, layihələr, xəbərlər, elanlar və digər istiqamətlər üzrə zəngin və mütəmadi yenilənən məlumatlar yerləşdirilir.
Qeyd edək ki, Google indeksləşməsi veb-saytda təqdim olunan informasiya həcmini, məzmunun strukturlaşdırılmış və istifadəçilər üçün əlçatan olmasını, eləcə də ictimai maraq və istifadə intensivliyini əks etdirən əsas texniki göstəricilərdən biri hesab olunur. Məlumat Google axtarış sisteminin açıq statistik sorğu nəticələrinə əsasən müəyyən edilib.
ADAU-nun rəsmi internet saytı Qərb regionunda liderdir
13:49 06-01-2026
CƏMİYYƏT
Digər Xəbərlər
2026-01-06 13:37:41
2026-01-06 13:18:00
2026-01-06 12:59:41
2026-01-06 12:56:39
2026-01-06 12:38:00
2026-01-06 12:26:00
2026-01-06 12:22:28
2026-01-06 12:20:51
2026-01-06 12:06:00
2026-01-06 11:45:50
2026-01-06 11:40:17
2026-01-06 11:35:14
2026-01-06 11:27:20
2026-01-06 11:11:21
2026-01-06 10:42:32
2026-01-06 10:34:26
2026-01-06 09:51:47
2026-01-06 09:03:28
