2025 - ci ilin dekabr ayında BBAK - dan 6794 reyslə 154 964 sərnişin yola salınıb.

"Unikal" xəbər verir ki, Onlayn gediş bileti əldə edən sərnişinlərin sayı isə 59 102 və ya 38% olub.

2025 - ci ilin dekabr ayı üzrə reys və sərnişin statistikasını təqdim edirik:

1. Bakı-Gəncə: 672 reys 23 135 sərnişin

2. Bakı-Q.Körpü: 485 reys 15 913 sərnişin

3. Bakı-Xaçmaz-Xudat: 438 reys 13 554 sərnişin

4. Bakı-Qusar: 468 reys 11 143 sərnişin

5. Bakı-Quba: 399 reys 9668 sərnişin

6. Bakı-Mingəçevir: 281 reys 8443 sərnişin

7. Bakı-Şəki: 324 reys 6120 sərnişin