Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.

"Unikal" xəbər verir ki, yeni svetoforlar bu yollarda istifadəyə verilib:

1.    Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;
2.    Xətai rayonu, “NZS” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;
3.    Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.