Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb.
1963-cü ildə Şamaxıda anadan olan Nailə Əkbərova uzun illər Azərbaycan televiziya məkanında fəaliyyət göstərib, ATV və “Space” kanallarında çalışıb, son illər isə “TRT Avaz”da yayımlanan “Qafqazlara əsən yellər” verilişinin müəllifi və aparıcısı olub
