ABŞ prezidenti Donald Tramp və ailəsinin xalis sərvəti bir il yarımdan az müddətdə təxminən 70% artıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentliyin hesablamalarına görə, hazırda onun sərvətinin dəyəri təxminən 6,8 milyard dollardır.

Gəlirin artmasına kriptovalyutalar, eləcə də "Tramp Media" şirkətinin dəyərinin artması səbəb olub.