Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda MDB-yə üzv dövlətlərin feldyeger rabitəsi xidmətlərinin nümayəndə heyətləri iştirak edib. Azərbaycan Respublikasını iclasda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmsil edib.
İclas çərçivəsində Koordinasiya Şurasına üzv dövlətlərin rəhbərləri, hökumətləri və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların operativ və təhlükəsiz şəkildə çatdırılmasının təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
İclasın yekunlarına dair müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə Bakı şəhərində keçirilib.
