İran əsilli amerikalı Mora Namdar Dövlət Departamentində ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin olunub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, M.Namdar bu il dekabrın 1-ə qədər ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə bürosunda fəaliyyət göstərib.

O həm də, milli təhlükəsizlik və beynəlxalq insan haqları məsələləri üzrə ekspertdir.