Ukrayna lideri Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin "siqnallarının" Kiyev üçün "tamamilə yeni bir şey olmadığını"  və münaqişənin nə qədər davam edəcəyinin yalnız Qərb tərəfdaşlarından asılı olduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini "UNİAN" yayıb.

“Əvvəla, Putinin siqnalları bizim üçün yeni bir şey deyil. Mən həmişə demişəm ki, o, müharibəni bitirmək istəmir. Sual budur ki, o, müharibəni davam etdirə biləcəkmi? Bu, tərəfdaşlarımızdan, onların təzyiqindən, ilk növbədə sanksiyalar vasitəsilə, həm də diplomatik təzyiq vasitəsilə asılıdır”, - deyə Zelenski bildirib.

Eyni zamanda, o qeyd edib ki, "amerikalı həmkarları" dəfələrlə ictimai və özəl məkanlarda Rusiya prezidentinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildiriblər.

Gülayə Mecid