Bakı Dövlət Universitetinin dosenti vəfat edib. 

"Unikal" xəbər verir ki, Universitetin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov dünyasını dəyişib. 

Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub.

Onun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.