"Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Brüsselin Rusiya əleyhinə mövqeyinə - Ermənistanın da bunda dönməz iştirakına gətirib çıxaracaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, belə bir ssenarinin Ermənistan üçün siyasi və iqtisadi nəticələri olacaq: "Avropa İttifaqının formulu sadə və bayağıdır. Qəribədir ki, heç kim bunu başa düşmür: Ermənistanı rusofob və anti-Rusiya maraqları da daxil olmaqla, öz maraqları üçün istifadə etmək, əvəzində isə piar hərəkətlərindən başqa heç nə verməmək".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Avropa rəsmiləri qarşıdan gələn seçkilər kontekstində mövcud Ermənistan hakimiyyətini dəstəkləmək istəklərini effektiv şəkildə nümayiş etdirirlər: "Avropa rəsmiləri bir daha bəyan etdilər ki, İrəvan qarşıdan gələn seçki kampaniyasını aparmaq üçün onlara etibar edə bilər. Bu Avropa bürokratları Ermənistana etibar ediblər - amma ən pis mənada. Biz ehtiyatlı olmalıyıq".
Ağarza Elçinoğlu




.jpeg)



.png)

.jpg)





































