Çinin iki keçmiş müdafiə naziri Vey Fenqe və Li Şanfu korrupsiya ittihamları ilə edam cəzasına məhkum ediliblər. 

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb. 

Onların cəzaları Çin hərbi məhkəməsi tərəfindən verilib.

Həm Vey, həm də Li Mərkəzi Hərbi Şuranın keçmiş üzvləri və keçmiş dövlət müşavirləri idilər.

Məhkəmənin qərarlarına əsasən, Vey rüşvət almaqda, Li isə həm rüşvət almaq, həm də təklif etməkdə təqsirli bilinib.

Onların həmçinin bütün şəxsi əmlakları müsadirə olunmalıdır.

Ağarza Elçinoğlu