İyunun 25-i Aşura günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri ilə birgə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və şəhidlərimizin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət ediblər.
"Unikal" xəbər verir ki, abidə və şəhid məzarları önünə güllər düzülüb, ruhları hörmət və ehtiramla anılıb.
İcra başçısı Milli Qəhrəman və şəhid ailələri ilə yaxından söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb.
Aşura günündə rayonun bütün inzibati ərazi dairələrindəki şəhidlərin məzarları Lənkəran ŞİH başçısı aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizə hörmət və ehtiram, onların ailə üzvlərinə diqqət və qayğı göstərilib.
Qeyd edək ki, Aşura günü ilə bağlı iyunun 25-də Mərkəzi Qan Bankının Lənkəran bölməsində qanvermə aksiyası təşkil olunub, donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

















.jpeg)


.png)




























