Bakı Slavyan Universiteti (BSU) nüfuzlu Times Higher Education (THE) təşkilatının açıqladığı “THE Sustainability Impact Rankings 2026” reytinqində irəliləyərək ötən ilki 1500+ diapazonundan 1001+ diapazonuna yüksəlib. Bu nəticə BSU-da dayanıqlı inkişaf istiqamətində həyata keçirilən sistemli fəaliyyətin və beynəlxalq səviyyədə tanınan nəticələrin göstəricisidir.

"Unikal" xəbər verir ki, 2026-cı il “THE Sustainability Impact Rankings” reytinqində iştirak edən 1600-dən çox ali təhsil müəssisəsi arasında Bakı Slavyan Universiteti Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə yüksək nəticələr əldə edib.

Universitetin ən yüksək göstəriciləri aşağıdakı Dayanıqlı İnkişaf Məqsədləri üzrə qeydə alınıb:

•DİM 5 – Gender bərabərliyi üzrə 201–300-cü diapazonda;
•DİM 1 – Yoxsulluğa son, DİM 13 – İqlim dəyişikliyinə qarşı mübarizə və DİM 16 – Sülh, ədalət və güclü institutlar üzrə 401–600-cü diapazonda;
•DİM 4 – Keyfiyyətli təhsil və DİM 10 – Bərabərsizliyin azaldılması üzrə 601–800-cü diapazonda;
•DİM 3 – Sağlamlıq və rifah və DİM 8 – Layiqli əmək və iqtisadi artım üzrə 801–1000-ci diapazonda;
•DİM 17 – Məqsədlər naminə tərəfdaşlıqlar üzrə isə 1001–1500-cü diapazonda qərarlaşıb.

Qeyd edək ki, əldə olunan nəticələr BSU-da inklüziv təhsil, gender bərabərliyi, sosial rifah, iqlim fəaliyyəti və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirilən tədbirlərin nəticəsidir.