“Səbail” son olaraq Premyer Liqada “Sumqayıt”ın formasını geyinmiş Mehdi Cənnətovla 1+1 illik müqavilə imzalayıb.

Bu barədə "Unikal"a klubdan məlumat verilib.

Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper “Zirə”də də çıxış edib.

Cənnətov həmçinin Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.