Venesuelada baş verən zəlzələ nəticəsində 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez yerli mətbuata açıqlamasında deyib.
Rodrigez bildirib ki, "Hazırda La Quayra ştatının təqdim edə biləcəyi rəqəmləri çıxmaq şərtilə 32 ölüm hadisəsi və dövlət xəstəxanalarının və özəl tibb mərkəzlərinin təcili yardım şöbələrinə yerləşdirilən 700-dən çox yaralı barədə məlumatımız var".
Onun sözlərinə görə, xilasetmə işləri davam edir və Milli Qvardiya dağıntılar altında qalan insanları axtarır.
Gülayə Mecid






.jpeg)


.png)







































