Belarusu Rusiyanın əyaləti adlandıran Ermənistan Parlamentinin spikeri Alen Simonyan Minskin uğurlarına həsəd aparır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Mənim fikrimcə, Ermənistan Milli Məclisinin sədri Simonyan sadəcə olaraq Belarusun əldə etdiyi və ölkəsinin komandasının rəhbərliyi altında əldə edə bilmədiyi nəticələri qısqanır. Bu, qısqanclıqdan irəli gəlir", - Zaxarova brifinq zamanı deyib.
Diplomat əlavə etdi ki, Simonyan üçün Belarusun iqtisadi, sənaye, istehsal və kənd təsərrüfatı sahəsindəki uğurları Ay qədər uzaqdadır.
Ağarza Elçinoğlu









.jpg)





































