"Dünya iki yerə bölünsə belə, həmin şəxs namizəd ola bilməz".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
O, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın namizədliyi ilə bağlı çıxışında açıqlayıb: "Samvel Karapetyan nə baş nazir, nə də deputatlığa namizəddir. Konstitusiya həmin şəxsin baş nazir və ya deputatlığa namizəd olmasını qadağan edir. Həmin şəxs saxtadır, o, hibrid saxta namizəddir.
Ermənistanın heç bir bölgəsinin adının heç bir şəxslə əlaqələndirilməsinə icazə verməyəcəyəm, çünki bu insanların həmin bölgə ilə heç bir əlaqəsi yoxdur. Həmin bölgə onlar üçün oğurluq, cinayətkar fəaliyyət və xarici əlaqələr qurmaq üçün ərazi olub.
Robert Köçəryana gəldikdə isə, o, nə deputatlığa, nə də baş nazirliyə namizəd deyil. Namizəd ola bilməz, təsadüfi yoldan keçəndir. Mərkəzi Seçki Komissiyasında deputatlığa namizəd kimi qeydiyyatdan keçmiş digər şəxslər baş nazirliyə namizəd ola bilərlər, çünki deputatlığa namizədlik tələbləri baş nazirliyə namizəd üçün məcburidir".
Ağarza Elçinoğlu


































.png)




.jpg)








