Sudan Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
"Unikal" xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Xartumda keçirilən mətbuat konfransında briqada generalı Asim Avad Əbdülvahab PUA-nın 17 martda hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.
PUA Bahir Dar hava limanındakı Efiopiya Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb, daha sonra Sudanın Əl-Obeyd şəhərinə doğru uçub.
Məlum olub ki, vurulan PUA Türkiyənin BƏƏ-yə satdığı "Akıncı" olub. Onu Sudan ordusunun inventarında olan "Akıncı" "Roketsan" tərəfindən hazırlanmış "Eren" raketi iləvurub.
Ağarza Elçinoğlu
Akıncı Sudan səmasında başqa bir Akıncını vurdu pic.twitter.com/mU59tNLVYd
— Unikal.az (@UnikalOrgPortal) May 7, 2026







































.png)




.jpg)



