Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu 10 saata yaxındır davam edir.  Hücumlar nəticəsində ölənlərin sayı ikiyə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə şəhər meri Vitaliy Kliçko məlumat yayıb. 

Onun sözlərinə görə, xəsarət alanların sayı 15-ə çatıb.

***08:51

Rusiya ordusunun Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində ölən və xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Məlumata  görə, hava hücumu zamanı azı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Paytaxtın müxtəlif ərazilərində binalarda dağıntılar qeydə alınıb. Qeyd olunur ki, hücum 7 saat intensiv şəkildə həyata keçirilib. 

Hazırda dağıntılar təmizlənir. Kiyevə və Ukraynanın bir çox bölgəsində hava həyəcanı davam edir.