Amerikalı həvəskar astroqraf Endryu Makkarti Ayın yaxın tərəfinin 280.000 fotoşəkilini çəkib.
"Unikal" xəbər verir ki, o bu fotoları 5 il ərzində lentə alıb və onları 1,3 gigapiksellik ölçü ilə vahid bir şəkilə birləşdirib.
Mütəxəssislər iddia edirlər ki, Yer kürəsinin "əbədi yoldaşı"nın bu şəklinin detalları o qədər yüksəkdir ki, kosmik gəmilərin eniş yerlərini ayırd etmək mümkündür.
