Rumıniya Xarici İşlər Nazirliyi Rusiya dronlarının Rumıniya hava məkanını pozması iddiası ilə əlaqədar rəsmi Moskvaya nota verib. 

"Unikal" xəbər verir ki, Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rumıniya XİN-ə çağırılıb. 

Qeyd edilib ki, səfirə Rusiya silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən Rumıniya hava məkanını pozduğuna dair maddi, çoxsaylı və inandırıcı dəlillər təqdim edilib.