Ermənistan İstintaq Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın həbsinin davam etdirilməsi üçün vəsatət qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan TASS-a bildirib.
"Biz məhkəməyə bu şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması üçün vəsatət təqdim etmişik", - deyə o bildirib.
Hakim Karen Amiryanın sədrliyi ilə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi Karapetyanın həbsdə saxlanılması qərarını qüvvədə saxlayıb və onun vəkillərinin apelyasiya şikayətini rədd edib. İş adamının hazırkı həbs müddəti 18 noyabrda bitir.
