Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan 20 türk hərbçisinin cəsədi Türkiyəyə çatdırılıb.
"Unikal" xəbər verir ki, hərbçilərin nəşi Ankaradakı Mürted Hərbi Hava Qüvvələri bazasına çatdırılıb.
*** 20:24
Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb.
"Unikal" xəbər verir ki, məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.
Hərbçilərin nəşini daşıyan "Koca Yusuf" A400M təyyarəsi paytaxt Tbilisidəki Şota Rustaveli Beynəlxalq Hava Limanından Ankaraya yola düşüb. Cənazələr Türkiyəyə çatdıqdan sonra dəfn yerlərinə göndəriləcək.
